Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azəristiliktəchizat” ASC və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub - BBN

“Azəristiliktəchizat” ASC və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub

“Azəristiliktəchizat” ASC-də Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib.

ASC-dən bildirilib ki, Asiya İnkişaf Bankının energetika sahəsi üzrə mütəxəssisləri Cohannes Voqel və Nana Qurqenidze istilik təchizatı sahəsində səmərəliliyin artırılması məqsədi ilə təmsil etdikləri qurumun müxtəlif ölkələrdə həyata keçirdikləri layihələr barədə məlumat veriblər.

Nana Qurqenidze Asiya İnkişaf Bankı tərəfindən Qazaxıstanın 4 şəhərində həyata keçirilən layihələrə dair təqdimatı görüş iştirakçılarının nəzərinə çatdırıb.

“Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qurumda həyata keçirilən islahatlar, mövcud imkanlar və nəzərdə tutulan işlər barədə məlumat verib.

Tərəflər birgə əməkdaşlıq fəaliyyəti üçün nəzərdə tutulan istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi və texniki tapşırıq layihəsinin hazırlanmasına dair razılığa gəliblər.

Related posts

İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir

ABA DOST Agentliyinin təşkil etdiyi inklüziv məşğulluğa həsr olunmuş dəyirmi masada iştirak edib

ABA və “Visa Inc.”in birgə təşkilatçılığı ilə komanda quruculuğu tədbiri təşkil edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı