Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb - BBN

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb.

BBN.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmana əsasən Fondun nizamnamə kapitalı 893 milyondan 980 milyon 700 min manata artırılıb.

Bununla əlaqədar Fondun nizamnamə kapitalının artırılması 2023-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87 milyon 700 min manat hesabına təmin edilməlidir.

Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Fond bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Related posts

“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar

Bankların debet kartları üzrə iyul ayı cashback təklifləri

Bank of Baku Mastercard-ın Azərbaycanda ilk süni intellekt əsaslı rəqəmsal layihələrindən birinə tərəfdaş oldu – RƏQƏMSALLAŞMA SÜRƏTLƏ DAVAM EDİR!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı