Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərpoçt” 2023-cü ilin yekunlarına həsr edilmiş media hesabatı açıqlayıb: 4.6 milyon manat xalis mənfəət əldə edilib - BBN

“Azərpoçt” 2023-cü ilin yekunlarına həsr edilmiş media hesabatı açıqlayıb: 4.6 milyon manat xalis mənfəət əldə edilib

25 yanvar 2023-cü il tarixində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü ilin yekunlarına həsr edilmiş media hesabatı açıqlanıb.

BBN.az xəbər verir ki, şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev bildirib ki, 2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin əməliyyat mənfəəti (EBİTDA) 11,5 milyon manat, xalis mənfəəti isə 4,6 milyon manat təşkil edib.

Onun sözlərinə görə il ərzində Cəmiyyətin, həm gəlirləri, həm də xərcləri təxminən 10% artaraq müvafiq olaraq 72,3 milyon manata və 67,5 milyon manata çatıb: “Xərclərin artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşüb. Bu da 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı ilə bağlıdır”, – deyə sədr əvəzi qeyd edib.

“2024-cü ili də mənfəətlə başa vurmağı planlaşdırırıq”, – deyə İ.Mustafayev əlavə edib.

Onun sözlərinə əsasən hipermarketlərdə poçtamatlar quraşdırılacaq: “Ötən il Azərbaycana poçtamatlar gətirilib. Hər kəs xaricdən gələn bağlaması haqqında sms ilə məlumat alıb 24 saat ərzində poçtamatdan məhsulunu götürə bilər. Qısa müddətdə bu poçtamatlar hipermarketlərdə də olacaq”.

Eyni zamanda sədr əvəzi qeyd edib ki, bu gün bağlamaların itməsindən daha çox, vətəndaşa vaxtında çatdırılmaması problemi müşahidə olunur: “Bağlamaların gec çatdırılmasının əsas səbəbi ünvanın göstərilməməsi və ya səhv göstərilməsidir”.

 

Related posts

İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir

AccessBank qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı