Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Məşğulluğa dəstək layihəsi” üzrə artıq 12 minə yaxın şəxs üçün kiçik bizneslər yaradılıb - BBN

“Məşğulluğa dəstək layihəsi” üzrə artıq 12 minə yaxın şəxs üçün kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” çərçivəsində ötən dövrdə 12 minə yaxın şəxsə aktivlər verilərək kiçik biznesləri yaradılıb.

Özünüməşğulluq proqramının genişlənməsində mühüm dəstək olan layihə işsiz kimi qeydiyyata alınmış əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar, keçmiş məcburi köçkünlər və digər həssas qrupları əhatə edir.

Həmin şəxslər üçün layihənin ilk mərhələsində təlimlər təşkil edilir. Təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslər istehsal və xidmət sahələri üzrə  avadanlıqlarla təmin olunurlar.

Layihə çərçivəsində 22 min şəxs üçün kiçik bizneslərin qurulması nəzərdə tutulub.

Related posts

KOBİA “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək

Avstriya ilə ticarət dövriyyəsi artıb

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı