Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırıb - BBN

AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2024-cü ildə idman və intellektual yarışlarda yüksək nəticələr göstərmiş əməkdaşların mükafatlandırılma mərasimini keçirib.

Tədbir zamanı AZAL-ın rəhbərliyi basketbol, voleybol, alpinizm, şahmat, üzgüçülük, atıcılıq, robototexnika və s. kimi idman və intellektual yarışlarda mükafatlar qazanmış və ya uğurlar əldə etmiş 50-yə yaxın əməkdaşın nailiyyətlərini qeyd edib. Əməkdaşlara təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.

“Mülki aviasiya sahəsində əsas prioritetimiz uçuş təhlükəsizliyi və xidmət keyfiyyətinin yüksək standartlarını təmin etməkdir. Əməkdaşlarımız peşəkar fəaliyyətləri ilə yanaşı, idman və intellektual yarışlarda da fəal iştirak edərək fərqlənirlər. Bu nailiyyətlər həm onların şəxsi qələbələri, həm də qurumun məqsədlərinə nail olmağa kömək edən dəyərlərin təcəssümüdür,” – deyə AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib.

Tədbirin əsas məqsədi AZAL əməkdaşlarının həm peşəkar fəaliyyətlərində, həm də şəxsi həyatlarında qazandıqları nailiyyətlərin yüksək dəyərləndirildiyini qeyd etməkdir. Şirkət hər bir əməkdaşın uğurunun vacib olduğunu vurğulayaraq onlara dəstək göstərir və dəyər verir. Bu cür dəstək komanda ruhunu gücləndirir və AZAL əməkdaşları arasında mehriban bir atmosferin formalaşmasına kömək edir.

Related posts

Gərginlik “rəqəmsal qızıl”a tələbi artırır: Bitkoin 78 min dollar səviyyəsində möhkəmlənir

Trampın açıqlamaları neft bazarını qarışdırdı: “Brent” 106 dolları ötdü

Azərbaycanın İranla ticarət dövriyyəsi 8 %-ə yaxın artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı