Azerconnect-in dəstəyi ilə “İş yerində gender bərabərliyi” mövqe sənədinin təqdimatı keçirilib

Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsində lider şirkətlərdən biri olan Azerconnect-in dsətəyi ilə Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsinin iclası keçirilib. Tədbir “İş yerində gender bərabərliyi” mövzusunda mövqe sənədinin təqdimatına həsr olunub. Tədbirdə Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitənin rəhbəri Rəna Tahirova qadınların korporativ sektorda iş yerində üzləşdiyi çağırışlar barədə danışıb, gender bərabərliyi haqqında ətraflı məlumat və statistik göstəriciləri təqdim edib.

Azerconnect şirkətinin İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva çıxışında qadınların səlahiyyətləndirilməsi, gender bərabərliyi sahəsində Azerconnect-in ölkəmizdə yerli şirkətlər arasında ilk dəfə olaraq həyata keçirdiyi ‘WE are ALL ONE’ adlı müxtəliflik, bərabərlik, inklüzivlik və mənsubiyyət prinsiplərinin təşviqinə həsr olunmuş innovativ proqramını təqdim edib.

M.Babayeva ‘WE are ALL ONE’ proqram çərçivəsində icra olunan “INSPIRE. LEAD. CREATE”: Azerconnect-in qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə 3 mərhələdən ibarət olan layihə haqqında ətraflı danışıb, layihənin qadınların səlahiyyətləndirilməsinə, liderlik bacarıqlarının artırılmasına yönəldiyini qeyd edib. M.Babayeva Azerconnect şirkətində inklüziv mühitin yaradılması və gender bərabərliyini təşviqinə istiqamətlənən digər əlaqəli layihələr, əməkdaşlar üçün keçirilən təlimlər haqqında məlumat verib.

Təqdimatın sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.

Azerconnect haqqında:

Azerconnect ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir. Azerconnect müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

AmCham haqqında:

Azərbaycandakı Amerika Ticarət Palatası Azərbaycanda yerləşən xarici və yerli təşkilatların maraqlarını dəstəkləyən və təşviq edən aparıcı qeyri-kommersiya assosiasiyadır. AmCham-ın Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsinin əsas missiyası dayanıqlılıq təşəbbüsləri və proqramlarının inkişafını təşviq etmək və onların həyata keçirilməsini dəstəkləməklə təşkilat üzvləri və biznes ictimaiyyəti üçün uzunmüddətli dayanıqlı dəyər yaratmaqda ön sıralarda olmaqdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı