Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"AzerGold" QSC tərəfindən daşıma yollarında tozun idarə olunmasına yönəlmiş ekoloji təşəbbüs reallaşdırılıb - BBN

“AzerGold” QSC tərəfindən daşıma yollarında tozun idarə olunmasına yönəlmiş ekoloji təşəbbüs reallaşdırılıb

“AzerGold” QSC tərəfindən ətraf mühitin mühafizəsi və yerli icmaların rifahının artırılması məqsədilə növbəti ekoloji təşəbbüs reallaşdırılıb.

Cəmiyyət tərəfindən Göygöl rayonunun Zurnabad, Gəncə qəsəbəsi, Daşkəsən rayonunun Quşçu kəndi ətrafında yerləşən torpaq yollara “Dustex” adlı xüsusi toz əleyhinə reagent səpilib. Layihə ilkin olaraq 15 kilometrlik yolu əhatə edib.

“Dustex” reagentindən beynəlxalq təcrübədə torpaq yollar, tikinti sahələri və mədən ərazilərində tozun idarə olunması məqsədilə aktiv şəkildə istifadə edilir.

Sözügedən məhlul 100% təbii tərkibli, ağac və ya digər bitki mənşəli materiallardan alınan ekoloji cəhətdən təhlükəsiz, torpaq və yeraltı su üçün zərərsiz, bioloji parçalanan və təbiətdə iz qoymayan reagent olmaqla xüsusilə quru və küləkli hava şəraitində tozun havaya qalxmasının qarşısını effektiv şəkildə alır.

Bu təşəbbüs kənd əhalisinin sağlamlığına və həyat keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, bölgədə ekoloji tarazlığın qorunmasına, tozlanmaya qarşı su sərfiyyatının kəskin azaldılmasına xidmət edir.

“AzerGold” QSC-nin bu təşəbbüsü şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir. Cəmiyyət bundan sonra da yerli icmalarla əməkdaşlıq şəraitində sözügedən layihəni, eləcə də ekologiya və sosial rifah sahəsində müxtəlif təşəbbüslərin icrasını davam etdirəcək.

Related posts

İqtisadçı: ŞƏT ölkələri Azərbaycanın xarici ticarətinin ən azı 25,9%-ni formalaşdırır

ABA-nın törəmə qurumu olan Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi ali məktəblərə 16 ildir 100 faizlik qəbul nəticəsi göstərir

OpenAI, Zoom və Zoho Azərbaycanda elektron vergi uçotuna alındı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı