Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib - BBN

“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib

“AzerGold” QSC tərəfindən 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində əldə edilmiş tarixi Qələbənin 5-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda sosial yardım aksiyası həyata keçirilib.

Aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan Birinci və İkinci Qarabağ – Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, həmçinin aztəminatlı ailələr ziyarət olunub. Sosial aksiya “AzerGold” QSC-nin aktiv geoloji kəşfiyyat və tədqiqat-qiymətləndirmə işləri apardığı, Culfa rayonunun inzibati ərazisində Ortakənd qızıl yatağının yaxınlığında yerləşən Xanəgah, Əlincə və Xoşkeşin kəndlərində yaşayan ailələri əhatə edib. Ailələrə Cəmiyyət tərəfindən bayram təbrikləri çatdırılıb və müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.

Qeyd edək ki, “AzerGold” QSC geoloji kəşfiyyat, hasilat və istehsalat fəaliyyət apardığı bölgələrdə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi məqsədi ilə onların sosial rifahının gücləndirilməsi istiqamətində davamlı olaraq müxtəlif aksiyalar və layihələr həyata keçirir.

Related posts

Sahibkarlar 2027-ci ildə vahid ölkə stendində beynəlxalq sərgilərdə iştirak etməyə dəvət olunurlar

SOCAR 1-ci rübə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb

ABA-nın İcraçı direktoru Yunus Abdulov CBATS-ın Türküstanda keçirilən altıncı iclasında iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı