Dünya bazarlarında Azərbaycan neftinin qiyməti yüksəlib.
BBN.az xəbər verir ki, “Azeri Light” markalı neftin (CIF) bir barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85% artaraq 100,56 ABŞ dollarına çatıb.
Bundan əvvəl Azərbaycan neftinin bir bareli 98,73 ABŞ dolları səviyyəsində olub.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsi hazırlanarkən “Azeri Light” markalı neftin orta illik qiyməti 1 barel üçün 65 ABŞ dolları götürülüb.