Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın Almaniyaya neft ixracı 36% azalıb - BBN

Azərbaycanın Almaniyaya neft ixracı 36% azalıb

BBN.az Reporta istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 210 milyon 855,8 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Almaniyaya ixrac olunan məhsulların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36%, dəyəri isə 30,3% azalıb. Almaniyanın Azərbaycanın ümumi neft ixracındakı payı 3,55% olub.

Hesabat dövründə Azərbaycan 6 milyard 231 milyon 422,24 min ABŞ dolları dəyərində 10 milyon 125 min 467,17 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu ilin ilk 6 ayında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 24 milyard 661 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 26,7% artıb, idxal isə 27,6% azalıb.

Related posts

NYMEX-də təbii qazın qiyməti artıb

“Azeri Light” bahalaşdı – 1 bareli 100 dolları keçdi

Azərbaycan İtaliyaya 3,5 milyard dollarlıq xam neft ixrac edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı