Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin 1 barelinin qiyməti 1,24 ABŞ dolları və ya 1,34 % azalaraq 91,31 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 90,16 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 1,18 ABŞ dolları və ya 1,32 % azalaraq 88,20 ABŞ dollarına düşüb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları nəzərdə tutulub.
“Azeri Light” neftinin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Azərbaycanda “Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 % təşkil edir.