Bu ilin sonuna qədər “Bakı Fond Birjası” QSC (BFB) istiqraz bazarının təkrar seqmentinin avtomatlaşdırılması istiqamətində yeni funksiyanı işə salacaq.
Bunu BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
Onun sözlərinə görə, yeni funksionallıq istənilən investora öz brokeri vasitəsilə birbaşa təkrar bazarda ticarət aparmağa imkan verəcək.
BFB sədri qeyd edib ki, bu yeniliyin istiqraz bazarının, xüsusilə korporativ istiqraz bazarının, eləcə də korporativ istiqrazlar üzrə repo bazarının canlanmasına ciddi dəstək verəcəyi gözlənilir.
Mənbə: Report.az