Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasında ilk dəfə olaraq “Emitent Günü” tədbiri baş tutmuşdur - BBN

Bakı Fond Birjasında ilk dəfə olaraq “Emitent Günü” tədbiri baş tutmuşdur

11 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasınını təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Emitent Günü” tədbiri baş tutmuşdur. “Azərbaycan Respublikası Mərkəzi Bankı”, “Bakı Fond Birjası” QSC, “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və “ABB-İnvest İnvestisiya şirkəti” QSC iştirak edəcəyi görüşdə emitent olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC çıxış etmişdir.

Tədbir zamanı Azərbaycanda mütəşəkkil kapital bazarının aktiv iştirakçısı olan Azərbaycan Beynəlxalq Bankı bazar barədə öz təcrübəsini görüş iştirakçıları ilə bölüşmüşdür. Görüş təqdimatçıları da öz növbələrində alternativ maliyyələşmə mənbəyi olan mütəşəkkil kapital bazarlarının imkanları barəsində görüş iştirakçılarını məlumatlandırmışdır.

Tədbirin əsas məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaqdır. Tədbirdə dinləyici qismində Bakı Fond Birjasının listinqində qiymətli kağızları olan şirkətlər, potensial emitentlər: banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və digər sahələrdən olan şirkətlər iştirak etmişdir. Tədbir kütləvi informasiya vasitələrinə açıq şəkildə həyata keçirilmişdir.

Related posts

Sahibkarlar “INNOPROM.Belarus” sərgisinə dəvət olunurlar

Mərkəzi Bank tərəfindən Gəncə şəhərində keçirilən vətəndaş qəbullarının əlçatanlığı artırılır

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı