Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasında maliyyə savadlılığına həsr edilmiş “Açılış Zəngi” keçirilib - BBN

Bakı Fond Birjasında maliyyə savadlılığına həsr edilmiş “Açılış Zəngi” keçirilib

8 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) “Dünya İnvestorlar Həftəsi 2024” çərçivəsində investorların maarifləndirilməsinə həsr olunmuş sayca 5-ci “Açılış Zəngi” mərasimi keçirilib.

Açılış mərasimində Bakı Fond Birjasının Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov, Məhsul İnkişafı üzrə supervayzer Fərid Abbaszadə, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) İcraçı direktoru Murad Yəhyayev, Unicapital İnvestisiya şirkətinin Baş direktoru Vüqar Namazov və “Nobel Energy Management” şirkətinin Xəzinədarlıq rəhbəri Amina İlyanova çıxış etmişlər. Çıxış zamanı iqtisadi inkişafın və bazar dayanıqlığının təmin olunmasında investor savadlılığının mühüm rolu, maliyyə savadlılığının artırılması, investorların maarifləndirilməsinin vacibliyi və yaşıl istiqrazlar barəsində müzakirə aparılmışdır.

Əlavə olaraq bildirmək istərdik ki, Bakı Fond Birjası 2020-ci ilin yanvar ayından etibarən Dünya Fond Birjaları Federasiyasının (WFE) üzvüdür. Azərbaycanın kapital bazarının beynəlxalq standartlara uyğun olması, şəffaflıq və bazar etibarının gücləndirilməsi Bakı Fond Birjasının önəm verdiyi əsas məsələlərdən biridir.

Bakı Fond Birjası “Dünya İnvestorlar Həftəsi 2024” çərçivəsində dünyadakı bir çox birjalar kimi bu qlobal təşəbbüsə qoşulur. Dünya üzrə qlobal birjalar şəbəkəsi bu işə öz dəstəyini nümayiş etdirmək üçün hər il bir araya gələrək maliyyə savadlılığının əhəmiyyəti və gətirdiyi imkanlar barədə məlumatlılığı artırmaq üçün bu  zəng mərasimləri, seminarlar və tədbirlər keçirir.

Related posts

Kino Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Prezident büdcə, mühasibat və dövlət satınalmalarında rəqəmsallaşmanı təsdiqlədi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı