Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasında “VMF” MMC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilmişdir - BBN

Bakı Fond Birjasında “VMF” MMC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilmişdir

19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “VMF” MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir. Ümumi dəyəri 1,000,000 (bir milyon) manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.

Açılış mərasimində emitent tərəfindən “VMF” MMC-nin, birja üzvü tərəfindən “Unicapital İnvestisiya Şirkəti” QSC və BFB-nin nümayəndələri iştirak etmişdir. BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, “VMF” MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılmışdır.

 

Related posts

Hesablama Palatası çərçivə sazişlərində problemləri açıqlayıb

Hesablama Palatası: Təchizatçıların vahid reyestri yaradılmalıdır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı