Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” öz işinə başlayıb - BBN

Bakıda 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” öz işinə başlayıb

İyunun 2-də Baki Konqres Mərkəzində 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” öz işinə başlayıb. İlk dəfə təşkil olunmuş forum 31 may-2 iyun tarixlərində ölkəmizdə baş tutan 20-ci yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit va Logistika “Translogistica Caspian” sərgisi çərçivəsində keçirilir.

Azərbaycanın nəqliyyat-logistika sahəsində əhəmiyyətli rolu “Translogistica Caspian” sərgisi çərçivəsində 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu”nun təşkili zərurətini yaradıb. Forumda Azərbaycanın dövlət qurumları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası (FIATA), Beynəlxalq Logistika və Nəqliyyat İnstitutu (CLT), Dəmir Yolları Əməkdaşlıq Təşkilatı kimi qlobal təşkilatlar, müxtəlif ölkələrin nəqliyyat ekspedisiya assosiasiyaları, xarici və yerli nəqliyyat sektorunun peşəkarları bir araya toplaşıb. Forum nəqliyyat sektorunun həm yerli, həm də beynəlxalq oyunçular arasında məlumat və təcrübə mübadiləsinin aparılması, işgüzar ünsiyyət, netvorking və etibarlı biznes münasibətlərinin qurulması, eləcə də mövcud biznes əlaqələrinin daha da genişləndirilməsinə imkan yaradır. Forum maraqlı tərəflər üçün yeni tərəfdaşlar qazanmaq və səmərəli əməkdaşlıqlar formalaşdırmaq üçün önəmli platformadır.

Tədbirdə Azərbaycanın beynəlxalq logistika marşrutlarını birləşdirərək HUB-a çevrilməsi, tranzit perspektivləri, logistika məsrəflərinin optimallaşdırılması, müasir logistikada yeni texnologiyalar və avtomatlaşdırılma, logistika sektorunda insan kapitali, peşə təhsili və təlimi kimi mövzular müzakirə olunacaq.

Forum çərçivəsində bir sira sessiyalar və panel müzakirələri keçiriləcək. “Logistika infrastrukturu”, “Tranzit perspektivləri”, eləcə də “İnsan kapitalı, peşə təhsili və təlimi (VET)” üzrə müzakirələr aparılacaq.

Related posts

ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

Fitch: İrandakı münaqişə inkişaf etməkdə olan ölkələr üçün əlavə iqtisadi risklər yarada bilər

Qlobal analitiklər: Azərbaycan iqtisadiyyatı və bank sektoru dayanıqlı və region üçün strateji əhəmiyyətlidir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı