Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda Halal İqtisadiyyat Liderlik Forumu və AZHAB Forum 2026 keçiriləcək - BBN

Bakıda Halal İqtisadiyyat Liderlik Forumu və AZHAB Forum 2026 keçiriləcək

Bakıda keçiriləcək İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026 (AZHAB Forum) birgə təşkil olunacaq.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, tədbir iyunun 16-da IsDB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunacaq Özəl Sektor Forumunun (PSF 2026) tərkib hissəsi kimi keçiriləcək. HELF və AZHAB Forumunun imkanlarını bir araya gətirəcək tədbir qlobal halal iqtisadiyyatın gələcəyi ilə bağlı dialoq, əməkdaşlıq və tərəfdaşlıqlar üçün mühüm beynəlxalq platforma rolunu oynayacaq.

Qeyd olunub ki, Azərbaycan Halal Biznes Forumu artıq üçüncü dəfədir təşkil edilir. Forum çərçivəsində IsDB-yə üzv və digər ölkələrdən yüksəksəviyyəli dövlət rəsmiləri, siyasətçilər, sənaye liderləri, maliyyə institutları, inkişaf təşkilatları, investorlar və özəl sektor nümayəndələri iştirak edəcəklər.

Tədbirdə etik halal biznes modelləri, halal KOB-ların inkişafı, davamlılıq və yaşıl keçid, innovasiyalar, eləcə də regional iqtisadi inteqrasiya məsələləri müzakirə olunacaq. Forumun əsas məqsədi dayanıqlı halal ekosistemlərin formalaşdırılması üçün praktiki tərəfdaşlıqların, investisiya imkanlarının, texniki əməkdaşlıq təşəbbüslərinin və bilik mübadiləsinin təşviq edilməsidir.

Forum çərçivəsində “Strateji liderlik dialoqu: Etik halal biznes modelləri və dayanıqlı maliyyələşmə”, “Halal sənayesinin liderləri: İnnovasiya, etimad və qlobal artımın hərəkətverici qüvvəsi”, “Halal KOB-lar və davamlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv inkişaf” və “Halal sənaye zonaları: aparıcı halal ekosistemin inkişafı” mövzularında panel müzakirələri keçiriləcək.

Bundan əlavə, “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyatı” mövzusunda Nazirlər Sessiyası təşkil olunacaq. Sessiyada nazirlər və yüksəkvəzifəli dövlət nümayəndələri halal iqtisadiyyat sahəsində siyasət prioritetlərini, beynəlxalq əməkdaşlıq imkanlarını və gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Related posts

Azərbaycan və Qırğızıstan bankları arasında HR sahəsində təcrübə mübadiləsi keçirilib

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı