Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir

Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin birgə dəstəyi, AZPROMO və “Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir.

Ttədbirdə hər iki ölkədən rəsmi şəxslər, dövlət və özəl sektorun, eləcə də işgüzar birliklərin və palataların nümayəndələri iştirak edirlər. Forum çərçivəsində regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf, infrastruktur layihələri və IV Sənaye İnqlabına həsr olunan panel sessiyaları nəzərdə tutulub.

Qeyd edək ki, I Azərbaycan–Türkiyə İnvestisiya Forumu 2023-cü ilin dekabr ayında keçirilib.

Related posts

Əli Əsədov: Azərbaycan–Türkiyə İnvestisiya Forumu yeni birgə layihələr üçün mühüm platformadır

“Trendyol Azərbaycan” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb

Azərbaycanda milli iqtisadiyyatın dayanıqlığının artırılması əsas hədəflər sırasındadır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı