Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb - BBN

Bakıda IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

İyunun 18-də Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb.

“Sürətlə dəyişən mühitdə adaptiv və çevik vergi administrasiyası” mövzusunda keçirilən texniki sessiyaya IOTA üzvü olan 40-dan çox ölkənin vergi administrasiyalarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və digər qonaqlar qatılıblar.

Texniki sessiyanın açılışında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxış edərək iştirakçıları salamlayıb, təşkilatın qabaqcıl təcrübə və rəqəmsal texnologiyaların tətbiqi sahəsində rolunu vurğulayıb. IOTA Prezidenti qeyd edib ki, dünyada vergi administrasiyalarının qarşısında olan çağırışlar – texnoloji dəyişikliklər, qlobal ticarətin transformasiyası, vergi davranışındakı dəyişikliklər daha çevik idarəetməni tələb edir. Bakıda keçirilən sessiya bu istiqamətdə müzakirələrə həsr olunub.

Sessiyada vergi inzibatçılığında innovasiyaların tətbiqi, rəqəmsal transformasiya, süni intellektin vergi inzibatçılığında tətbiqi, vergi ödəyiciləri ilə münasibətlərin təkmilləşdirilməsi və digər aktual mövzularda təqdimatlar və müzakirələr keçirilir. İki gün davam edəcək texniki sessiya çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi aparılacaq, beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni təşəbbüslər müzakirə olunacaq.

Texniki sessiya çərçivəsində üzv dövlətlərin innovativ texnologiyalar sahəsində nailiyyətlərindən ibarət sərgi də keçirilir. Sərgidə Azərbaycan tərəfi Dövlət Vergi Xidmətinin media və kommunikasiya, vergi risklərinin və insan resurslarının idarə edilməsi sahəsində innovativ layihələrini əks etdirən stendləri ilə təmsil olunur.

Related posts

The International PLUS-Forum Digital Uzbekistan will be held in Tashkent for the sixth time

İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı