Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda keçiriləcək IsDB-nin İllik Toplantılarının mövzusu açıqlanıb - BBN

Bakıda keçiriləcək IsDB-nin İllik Toplantılarının mövzusu açıqlanıb

Bakıda keçiriləcək İslam İnkişafı Bankı Qrupunun (IsDB) İllik Toplantılarının mövzusu açıqlanıb.

BBN.az xəbər verir ki, 16–19 iyun tarixlərində keçiriləcək 51-ci İllik Toplantılar “Dayanıqlı rifah üçün regional inteqrasiya” mövzusuna həsr edilib və 2000-dən çox beynəlxalq iştirakçını bir araya gətirəcək. Bu barədə iqtisadiyyat naziri Mikayil Cabbarov və İslam İnkişafı Bankı Qrupunun sədri Muhammad Al Jasserin görüşü zamanı bildirilib.

Nazir bildirib ki, Azərbaycan regional iqtisadi əlaqələrin gücləndirilməsi, tranzit-logistika imkanlarının artırılması və iqtisadi diversifikasiya vasitəsilə dayanıqlı artımı təşviq edir. O, həmçinin İİB-nin Azərbaycanda, xüsusilə azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələrin bərpa və inkişaf baxımından əhəmiyyətini vurğulayıb.

Muhammad Al Jasser qeyd edib ki, regional inteqrasiya qlobal çağırışlar fonunda dayanıqlı inkişafın əsas alətlərindən biridir və İİB bu istiqamətdə əməkdaşlığı genişləndirəcək.

Related posts

Xalis mənfəətinə görə bankların – RENKİNQİ

Aktivlərin həcminə görə bankların – RENKİNQİ

Unibank ikinci rübün maliyyə nəticələrini açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı