Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda leysan fəsadları: Sualtı qalan avtomobillərin zərərini kim ödəyəcək və KASKO sığortası bizi necə qoruyur? - BBN

Bakıda leysan fəsadları: Sualtı qalan avtomobillərin zərərini kim ödəyəcək və KASKO sığortası bizi necə qoruyur?

Son günlər ölkə ərazisində, xüsusilə də paytaxt Bakıda müşahidə olunan intensiv yağışlar və leysan xarakterli yağıntılar şəhər infrastrukturunda, eləcə də nəqliyyatın hərəkətində ciddi fəsadlar yaradıb. Sosial şəbəkələrdə yayılan və böyük rezonans doğuran görüntülər sadəcə bir təbiət hadisəsi deyil, həm də yüzlərlə sürücü üçün gözlənilməz və böyük maliyyə itkisi deməkdir. Sualtı qalan mühərriklər, sıradan çıxan elektronika və yararsız hala düşən salonlar fonunda sürücüləri maddi ziyandan kimin qorumalı olduğu sualı yenidən aktuallaşıb. Məhz bu məqamda icbari yox, könüllü avtomobil sığortası – yəni KASKO sığortası müdafiə qalxanı kimi gündəmə gəlir. Sürücülərin əksəriyyəti yalnız qanunla tələb olunan İcbari Sığorta şəhadətnaməsini almaqla kifayətlənsə də, bu sığorta növü yalnız qəza zamanı təqsirsiz qarşı tərəfə dəymiş ziyanı ödəyir. Avtomobiliniz təbii fəlakət, subasma, dolu düşməsi və ya üzərinə ağac aşması nətectəsində zərər görərsə, icbari sığorta bu ziyanı qarşılamır. Avtomobilin su içində qalması nəticəsində yaranan hidrozərbələr və mühərrikin tamamilə sıradan çıxması yalnız KASKO-nun “Təbii fəlakət” riski bəndinə daxildir.

Ekspertlər bildirir ki, vətəndaşlar çox vaxt KASKO sığortasının yalnız iki avtomobilin toqquşması zamanı keçərlidir olduğunu düşünürlər, lakin son intensiv subasmalar risklərin hər addımda olduğunu sübut etdi. KASKO müqaviləsi bağlanarkən mütləq şəkildə “Təbii fəlakət” bəndinə diqqət yetirilməlidir. Əgər avtomobiliniz tam sığortalanıbsa, təbii fəlakət nəticəsində dəymiş ziyan sığorta şirkəti tərəfindən qarşılanır. Lakin burada çox mühüm bir məqam var: KASKO hər şəraitdə zərəri ödəmir və müəyyən hallarda imtina verə bilər. Əgər sürücü suyun dərin olduğunu bilə-bilə avtomobili subasma zonasına idarə edərsə, yaxud maşın suyun içində sönəndən sonra mühərriki yenidən işə salmağa cəhd edib hidrozərbəyə səbəb olarsa, sığorta şirkəti bunu “qəsdən zərər vurma” və ya “səhlənkarlıq” sayaraq ödənişdən imtina edir. Həmçinin, rəsmi qurumların güclü leysan və sel xəbərdarlığı etdiyi ərazilərdə avtomobili bilərəkdən riskli yerlərdə, məsələn, körpüaltı keçidlərdə və ya çökəkliklərdə saxlamaq da sığorta təminatından kənarda qalır.

Odur ki, subasma zamanı sürücünün davranışı həlledici rol oynayır. Suyun səviyyəsi kritik həddədirsə, mütləq avtomobili dayandırmaq, mühərriki söndürmək və dərhal sığorta şirkətinə məlumat vermək lazımdır. Təbiət hadisələrinin və iqlim dəyişikliklərinin nə vaxt və hansı intensivliklə baş verəcəyini öncədən tam proqnozlaşdırmaq qeyri-mümkündür, amma onun vura biləcəyi maliyyə zərbələrindən qorunmaq sürücülərin öz əlindədir. UNUTMAYAQ! KASKO lüks deyil, avtomobiliniz və büdcəniz üçün real ehtiyacdır. Özünüzü və əmlakınızı risklərdən qoruyun.

Related posts

Leysanlardan zərər görənlərə xəbərdarlıq: Sığortası olmayan evlərə kompensasiya ödənilməyəcək

Azərbaycan Mərkəzi Bankı Siyəzəndə vətəndaşlar üçün səyyar qəbul keçirib

Azərbaycan Kazanda keçirilən beynəlxalq sərgidə iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı