Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda NFC ödənişlərində problem: sərnişinlər keçid edə bilmir - BBN

Bakıda NFC ödənişlərində problem: sərnişinlər keçid edə bilmir

Son günlər Bakı Metropoliteni və paytaxt avtobuslarında NFC ödəniş sistemi ilə bağlı problemlər müşahidə olunur. Bəzi sərnişinlər telefon vasitəsilə edilən təmassız ödənişlərin qəbul olunmadığını və nəticədə keçidin mümkün olmadığını bildirirlər.

Sürücülərin sözlərinə görə, təxminən bir həftədir təmassız ödəniş sistemində nasazlıq yaşanır. Xüsusilə səhər və axşam pik saatlarında yaranan problem ictimai nəqliyyatda sıxlığın artmasına səbəb olur.

Məsələ ilə bağlı “Bakı Kart”ın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli açıqlama verib. Bildirilib ki, bəzi hallarda kart hesabında kifayət qədər vəsait olmasa belə, sistem gedişi təsdiqləyə bilir. Sonradan yaranan borc müəyyən müddət ərzində ödənilmədikdə isə kart müvəqqəti məhdudlaşdırılır və istifadəyə bağlanır.

Qeyd olunub ki, karta yenidən vəsait əlavə edildikdən sonra borc məbləği sistem tərəfindən avtomatik tutulur və tətbiq olunan məhdudiyyət dərhal aradan qaldırılır.

Həmçinin sərnişinlərə tövsiyə olunur ki, telefon tətbiqindəki qəbz üzərində yer alan RRN kodu vasitəsilə məhdudlaşmanın səbəbini yoxlasınlar.

Related posts

Azərbaycanda debitor borcların məbləği açıqlanıb

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı