Bu gün Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) işə başlayıb.
BBN.az xəbər verir ki, sabah başa çatacaq tədbir Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Forumda 20-dən çox ölkədən (Qafqaz regionu, Mərkəzi Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatlar iştirak edir.
Ümumilikdə 400-ə yaxın iştirakçının olduğu tədbir çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində qlobal trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi mövzularda panel müzakirələrinin təşkil olunması planlaşdırılıb.