“Baku Fintech Forum 2025” keçirilir

Baku Fintech Forumu 2025 bu gün fəaliyyətə başlayıb. Tədbir Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən, Azərbaycan Respublikası Mərkəzi BankıAzərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə təşkil olunur.

Foruma dünyanın müxtəlif ölkələrindən maliyyə və fintex sektorunu təmsil edən nümayəndələr, həmçinin beynəlxalq maliyyə institutlarının və aparıcı bankların təmsilçiləri qatılıb.

Forum çərçivəsində yerli və beynəlxalq ekspertlər fintex sektorunda son illərdə baş verən yeniliklər, texnoloji trendlər və maliyyə bazarına təsirlər barədə müzakirələr aparacaq, həmçinin sektor üzrə proqnozlarını bölüşəcəklər.

Tədbirdə açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə və kibertəhlükəsizlik mövzularında panel müzakirələri keçiriləcək, həmçinin tərəfdaşlıq sazişlərinin imzalanması planlaşdırılır.

Qeyd edək ki, forum fintex sektorunda beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovativ həllərin təşviqi baxımından mühüm platforma hesab olunur.

Related posts

Visa ABŞ-da banklar üçün USDC steyblkoini ilə hesablaşmaları işə salıb

ABA nümayəndə heyəti Korea Fintech Week 2025-də iştirak edib

“Azərbaycan Fintex Assosiasiyası”na yeni sədr təyin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı