Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Baku International CEO Summit”də dövlət-özəl əməkdaşlığının inkişafı və korporativ idarəetmənin gücləndirilməsi müzakirə edilib - BBN

“Baku International CEO Summit”də dövlət-özəl əməkdaşlığının inkişafı və korporativ idarəetmənin gücləndirilməsi müzakirə edilib

Bakıda ilk dəfə olaraq “Baku International CEO Summit” keçirilir.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın 2030-cu il üçün Milli Prioritetlərində dövlət-özəl əməkdaşlığının inkişafı və korporativ idarəetmənin gücləndirilməsi məsələlərinə önəm verildiyini qeyd edib, bu istiqamətdə KOBİA-nın fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, KOBİA dövlət-özəl əməkdaşlığı layihələrinin inkişaf etdirilməsində maraqlıdır. Korporativ idarəetmə prinsipləri isə biznesin rəqabətqabiliyyətliyini və kommersiya dəyərini artıran bir vasitədir. Bu baxımdan biznes subyektlərinin bu siyasətə cəlb edilməsi, o cüməldən biznesdə korporativ idarəetmənin təkimilləşdirilməsi əhəmiyyətlidir. Biznes subyektləri arasında məlumatlılığın kifayət qədər olmaması korporativ idarəetmə məsələlərinin inkişafına təsir edir. Buna görə də korporativ idarəetmə və dayanıqlı inkişaf mövzularında bütün maraqlı tərəflərin məlumatlılığını artırmaq məqsədilə çoxşaxəli maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir.

KOBİA tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında yaradılmış KOB inkişaf mərkəzlərində sahibkarlar üçün təşkil edilən təlimlər və praktik məsləhət xidmətləri korporativ idarəetmənin təşviqi və inkişafı üçün əhəmiyyətlidir. 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. KOBİA tərəfindən həyata keçirilən bu dəstək tədbiri yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, sahibkarların fəaliyyətinə təsir edən faydalı model və texnoloji yeniliklərin elmi cəhətdən öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətlidir.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı