Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank BTB-dən özünüməşğulluq proqramına dəstək kampaniyası davam edir - BBN

Bank BTB-dən özünüməşğulluq proqramına dəstək kampaniyası davam edir

Bank BTB Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində aktivliyi davam etdirir.

Bu dəfə Bank BTB Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində müxtəlif fəaliyyət sahələri ilə məşğul olan 6 aztəminatlı ailəyə öz seçimlərinə uyğun olaraq lazımi avadanlıq və ləvazimatlarla yardım etdi. Qeyd edək ki, Proqram iştirakçılarından 1-i fiziki məhdudiyyətli, 5-i isə aztəminatlı olmaqla Gəncə, Naftalan, Göygöl, Salyan, Xaçmaz və Bakı şəhərlərində yaşayan şəxslərdir.

Həmin şəxslərdən Məhərrəmova Məlahət, Dadaşova Lalə, Məlikova Hüsniyyə və Manafov Rəfail dərzilik fəaliyyəti, Məhərrəmova Aynurə və Süleymanova Nazilə gözəllik salonu açmaqla kiçik bizneslərini qurmaq istiqamətində Bank BTB-dən mal və materiallarla təmin edilmişdir.

Qeyd edək ki, Bank BTB KSM layihələrinə daim diqqət ayıraraq ilkin mərhələdə 3, daha sonra isə 6 şəxsə dəstək olaraq, bundan sonra da bu kimi təşəbbüslərini davam etdirməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq üçün müştərilər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb)  və Instagram (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsindən istifadə edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün  müştərilərin xidmətindədir.

Related posts

Azərbaycan və Qırğızıstan bankları arasında HR sahəsində təcrübə mübadiləsi keçirilib

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı