Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank hesablarının açılması sahəsində yeni mexanizmin tətbiqi məqsədilə müzakirələr aparılıb - BBN

Bank hesablarının açılması sahəsində yeni mexanizmin tətbiqi məqsədilə müzakirələr aparılıb

Bank hesablarının açılması sahəsində yeni mexanizmin tətbiqi məqsədilə Dövlət Vergi Xidməti (DVX) ilə bütün bankların nümayəndələrindən yaradılmış İşçi Qrup arasında işgüzar qaydada müzakirələr həyata keçirilir, yaranmış suallara DVX tərəfindən baxılaraq müvafiq dəstək göstərilir.

1 oktyabr 2023-cü il tarixindən bank hesablarının açılması sahəsində tətbiq ediləcək yeni mexanizm ilə bağlı DVX tərəfindən proqram təminatının, məlumatların bank idarələrinə ötürülməsi ilə bağlı servislərin, istifadəçi təlimatı hazırlanaraq bank idarələrinə təqdim edilmişdir.

Bu prosesin davamı olaraq, zəruri işlərin icrasının vaxtında təmin edilməsi məqsədilə 22 sentyabr 2023-cü il tarixində İqtisadiyyat Nazirliyinin inzibati binasında İşçi Qrupun üzvləri ilə görüş keçirilmişdir. Görüş zamanı yuxarıda qeyd edilən proqram servisləri ilə bağlı məsələlər müzakirə edilmiş və verilən suallar cavablandırılmışdır.

Həmçinin, dəyişikliyə əsasən vergi ödəyicilərinə məxsus hesablar bank əməliyyatı aparan şəxslər tərəfindən bağlandıqda bu barədə məlumatı hesabın bağlandığı tarixdən 1 iş günü müddətində elektron qaydada Dövlət Vergi Xidmətinə göndərəcəklər.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

Azərbaycan Mərkəzi Bankına 10-cu baş direktor təyin edilib

Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub

Xalq Bank First Abu Dhabi Bankda müxbir hesab açdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı