Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank of Baku inklüziv cəmiyyəti dəstəkləyir: autizmli uşaqlarla bir gün - BBN

Bank of Baku inklüziv cəmiyyəti dəstəkləyir: autizmli uşaqlarla bir gün

Bank of Baku-nun təşəbbüsü ilə növbəti sosial yönümlü tədbir həyata keçirilib.

Belə ki, Bank of Baku-nun təşkilatçılığı və “Birgə və sağlam” İctimai Birliyinin tərəfdaşlığı ilə 31 iyulda baş tutan tədbir Azərbaycanın ilk inklüziv məkanlarından olan “Kaşalata” kafedə təşkil edilib.

20-yə yaxın autizm sindromu olan uşaq bir araya gələrək onlar üçün təşkil olunmuş master-klasda iştirak ediblər. “Hamının bir dünyası var!” mesajı ilə baş tutan master-klasın əsas mövzusu isə yaşadığımız dünya və təbiət ilə əlaqələndirilib.

İştirakçılar kətan çantalar üzərində yer kürəsinin müxtəlif eskizlərini öz daxili dünyalarına, duyğularına uyğun boyayaraq fərqli yanaşmalarını əks etdiriblər.

Bank of Baku-nun bu təşəbbüsünün əsas məqsədi autizm sindromu və neyromüxtəlifliyə dair məlumatlılığı artırmaq, inklüzivliyin təşviqinə dəstək olmaqdır.

Qeyd edək ki, ölkəmizdə ilk inklüziv ictimai məkan olan “Kaşalata” autizm sindromlu, eləcə də əlilliyi olan şəxslərin inklüziv mühitdə məşğulluğuna dəstək olmaq məqsədilə yardılıb.

Bank of Baku belə məkanları və təşəbbüsləri dəstəkləməklə sosial inteqrasiyaya, hər bir fərdin cəmiyyətə qazandırılması yolunda addımların atılmasına töhfə verməyə çağırış edir.

Related posts

Ötən il maliyyə sektoru üzrə cərimələrin həcmi 600 min manata çatıb

BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Mərkəzi Bank əhalinin borc yükünün artmasını şərh edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı