Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Bank Respublika" "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi! - BBN

“Bank Respublika” “Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank” seçildi!

Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə V Aqrobiznesin İnkişafı Forumu keçirilib.

Forumda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, nazirliklərin tabeli qurumlarının, ölkədə fəaliyyət göstərən bankların, eləcə də yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə aqrobiznesin inkişafı, rəqabətqabiliyyətliliyin artırılması, ixrac imkanlarının genişləndirilməsi, iqlim dəyişiklikləri və qlobal bazarlardakı dəyişkənlik fonunda dayanıqlığın gücləndirilməsi kimi mühüm məsələlər müzakirə olunub. Eyni zamanda rəqəmsal transformasiya və süni intellektin dövlət xidmətlərinin təkmilləşdirilməsində, məlumatlara əsaslanan qərarların qəbulunda və fermerlərin iqlimə davamlı kənd təsərrüfatına keçidində rolu diqqət mərkəzində saxlanılıb.

Forum çərçivəsində aqrar sahənin maliyyələşdirilməsi istiqamətində göstərdiyi davamlı və fəal dəstəyə görə “Bank Respublika” “Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank” nominasiyası üzrə mükafata layiq görülüb.

Qeyd edək ki, “Bank Respublika” artıq 4-cü ildir ardıcıl olaraq bu mükafata layiq görülür. Bu göstərici Bankın ölkədə aqrar sektorun inkişafına, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsinə və güzəştli kredit mexanizmlərinin effektiv tətbiqinə verdiyi davamlı töhfənin bariz nümunəsidir.

Related posts

Xalq Bankdan sərfəli şərtlərlə istehlak krediti kampaniyası

Rabitəbank təhsil işçiləri üçün xüsusi nağd pul krediti kampaniyasına start verib

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı