Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu! - BBN

Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu!

Bilindiyi kimi, Kür çayında suyun azalması və Xəzər dənizinin suyunun çaya qarışması çaydakı suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Rayon mərkəzi də daxil olmaqla kənd və qəsəbələrdə əhalinin içməli su ilə təminatı çətinləşib.

Ölkə başçısı Prezident İlham Əliyevin göstərişinə əsasən, yeni magistral su xəttinin tikintisinə başlanılıb və cari ilin sonuna qədər başa çatdırılacağı gözlənilir. Hal-hazırda isə, rayonun içməli suya olan tələbatı maşınlarla daşının su hesabına təmin olunur.

Bununla bağlı, ölkənin aparıcı banklarından biri olan Bank Respublika alqışlanacaq təşəbbüsə imza atıb.

Belə ki, Bank, Salyan şəhərindən Neftçalaya su maşınları vasitəsilə gündəlik içməli suyun daşınmasına start verib. Su maşınları hər gün Neftçala şəhəri daxil olmaqla, rayonun kənd və qəsəbələrinə hərəkət edərək, sakinlərə içməli su  təminatı istiqamətində dəstək olacaq.

Neftçala Rayon İcra Hakimiyyəti başçısının yanında Operativ Qərargahın dəstəyi keçirilən aksiya mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edək ki, bu təşəbbüs ölkənin iri özəl təşkilatları arasında ilk olaraq Bank Respublika tərəfindən başladılıb. Bununla bağlı, Bank Respublikaya təşəkkür edir, digər özəl təşkilatların da aksiyaya qoşulacağına ümid edirik!

Related posts

AccessBank QSC salfet təchizatı üzrə tenderi elan edir

Bir-in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı