Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Bank Respublika“nın dəstəyi ilə III Milli Yaylaq Festivalı keçirildi - BBN

“Bank Respublika“nın dəstəyi ilə III Milli Yaylaq Festivalı keçirildi

Fəaliyyətində milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verən Bank Respublika,  5-7 iyul tarixlərində Göygöl rayonunda yerləşən Xan yaylağında III Milli Yaylaq Festivalının keçirilməsinə dəstək oldu.

“Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü ilə keçirilən festivalda ölkəmizdən və xaricdən çoxsaylı qonaqlar iştirak edirdi. Festival türkdilli dövlətlərin ortaq mədəniyyətini əks etdirən, tarixi ənənələri yaşadan, ona sadiq qalan dostluq, qardaşlıq bir amal uğrunda mübarizə aparan rəmzi məqsədi daşıyırdı.

Üç gün davam edən festival çərçivəsində Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Qəsəbədə yaşayış yurdları ilə yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr mövcud olub.

Festival çərçivəsində genişmiqyaslı el şənlikləri nümayiş etdirilib, el oyunları keçilirib və qaliblərə Bank Respublika tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Möhtəşəm konsert proqramı ilə başa çatan festival iştirakçılarının böyük alqışını qazanıb.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

 

Related posts

AMB-nin dövriyyədəki notları 1 milyard manatı ötüb

Azərbaycanda 7 ayda sosial ödənişlərə 6,12 milyard manatdan çox vəsait ödənilib

Dövlət Məşğulluq Agentliyi maliyyə hesabatlarının auditi üçün tender elan edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı