Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank sədri: "Rabitəbank” 2 islam maliyyə məhsulu təqdim edən yeganə bankdır" - BBN

Bank sədri: “Rabitəbank” 2 islam maliyyə məhsulu təqdim edən yeganə bankdır”

Rabitəbank Azərbaycanda İslam maliyyə məhsullarının həm aktiv, həm də passiv tərəfini (həm aktiv, həm də öhdəliklər hissəsini) təqdim edən yeganə bankdır.

BBN.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri “Rabitəbank” ASC-nin İdarə Heyətinin Sədri Aydın Hüseynov Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən “Regional Əlaqə üçün Ticarət Həllərinin Gücləndirilməsi” adlı tədbirdə çıxışı zamanı deyib.

Aydın Hüseynov qeyd edib ki, islam maliyyə məhsulları korporativ və kommersiya müştərilərinə xidmət göstərən və ya kredit, həllər təqdim edən Azərbaycan bankları üçün yeni bir məhsul, yeni alternativ maliyyələşdirmə alətidir:

“İlk nöqteyi-nəzər ondan ibarətdir ki, bəzi müştərilərin kiçik və orta sahibkarlıq (KOB) kreditlərindən və ya nağd kreditlərdən istifadə etmək üçün kifayət qədər girovu və ya mülkü olmur. Təchizat zəncirinin maliyyələşdirilməsi, İslam maliyyə alətləri banklara girovsuz maliyyələşdirmə və ya aktivlərə əsaslanan maliyyələşdirmə, müqaviləyə əsaslanan maliyyələşdirmə təqdim etməyə kömək edir.

İkinci məqam isə odur ki, əgər bank, kommersiya bankı “Murabaha”, “İcarə” kimi İslam maliyyə məhsullarını təqdim etməyə başlayarsa, onlar İslam İnkişaf Bankı, ITFC, ICD və digər Körfəz ölkələri kimi beynəlxalq qurumlardan maliyyə vəsaiti cəlb edə bilərlər. Bu, kommersiya banklarına öz öhdəliklərini diversifikasiya etməyə kömək edir, həmçinin maliyyə riskini və bəzi likvidlik risklərini azaldır”.

Sədr islam maliyyə məhsullarının ölkədə rastlaşdığı çətinliklərdən də danışıb:

“Ölkəmizdəki çətinliklərə gəldikdə isə, ilk növbədə, uğurun açarı bu məhsul haqqında məlumatlılığın olmasıdır. Bankımızda bu məhsulu inkişaf etdirdikdən sonra, biz onu təşviq etməyə başladıq. Müştərilərimizi İslam maliyyəsinin nə olduğunu, “Murabaha”nın nə olduğunu və necə işlədiyini izah etmək üçün kiçik seminarlara dəvət etdik.

Digər bir yaxşı məqam odur ki, İqtisadiyyat Nazirliyinin tabeliyində olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də İslam maliyyə alətlərinin təşviqi istiqamətində çoxlu işlər görüb”.

“Bununla yanaşı, Azərbaycan Respublikasının Mərkəzi Bankı 2024-cü ildə ölkəmizdə tənzimləmə qum qutusunu (Regulatory Sandbox) istifadəyə verdi. Bu o deməkdir ki, banklar, sığorta şirkətləri, lizinq şirkətləri və fintex şirkətləri öz innovativ həllərini, innovativ məhsullarını və alternativ maliyyə məhsullarını inkişaf etdirə və bu qum qutusu vasitəsilə Mərkəzi Banka göndərə bilərlər.

Rabitəbank olaraq, 2025-ci ildə iki İslam maliyyə məhsulu inkişaf etdirdik: bunlardan biri “Murabaha”, digəri isə “Mudaraba”dır. Biz bu məhsulları qum qutusu vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərdik və bir neçə aydan sonra müsbət cavab aldıq. Daha sonra “Mudaraba” və “Murabaha” məhsulunu bizim bazarda inkişaf etdirdik. Rabitəbank Azərbaycanda İslam maliyyə məhsullarının həm aktiv, həm də passiv tərəfini (həm aktiv, həm də öhdəliklər hissəsini) təqdim edən yeganə bankdır”, – deyə o, əlavə edib.

Related posts

AMB ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

Şahin Mahmudzadə: “Bank sektorunun vaxtı keçmiş kreditləri 3%-dən azdır”

AMB ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı