Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"PAŞA Bank"ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb - BBN

“PAŞA Bank”ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb

“PAŞA Bank” ASC-nin Türkiyədə fəaliyyət göstərən törəmə bankı “PAŞA Yatırım Bankası” 2026-cı ilin ilk yarısını 192 milyon lirə (7,68 milyon manat) xalis mənfəətlə başa vurub.

Bu barədə bankın maliyyə hesabatında qeyd olunub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 % azdır.

Yanvar-iyun aylarında bankın vergiyəqədərki mənfəəti 272 milyon lirə (10,88 milyon manat) təşkil edib ki, bu da illik müqayisədə 12,4 % artım deməkdir. Hesabat dövründə mənfəət vergisi üzrə ödəmələr isə 80 milyon lirə (3,2 milyon manat) olub. Ötən ilin müvafiq dövründə bank bu istiqamətdə vergi qənaəti əldə etmişdi.

Bu il iyulun 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 17 milyard 198 milyon lirəyə (687,92 milyon manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29 % çoxdur. Aktivlərin 9 milyard 18 milyon lirəsi (360,72 milyon manat) müştərilərə verilmiş xalis kreditlərin payına düşüb. Son bir ildə bankın kredit portfeli 48,9 % genişlənib.

Hesabat dövründə bankın öhdəlikləri 29,9 % artaraq 14 milyard 682 milyon lirəyə (587,28 milyon manat), balans kapitalı isə 24,1 % artaraq 2 milyard 516 milyon lirəyə (100,64 milyon manat) yüksəlib.

Qeyd edək ki, “PAŞA Yatırım Bankası” 2015-ci ildə “PAŞA Bank”ın Türkiyənin “Aksoy Holdinq”inə məxsus “TAİB Bank”ın səhmlərini alması nəticəsində yaradılıb. Bankın nizamnamə kapitalı 500 milyon lirə (20 milyon manat) təşkil edir. Səhmlərinin 71,75 %-i “PAŞA Holdinq” MMC-yə, 28,21 %-i “PAŞA Bank”a, 0,04 %-i isə “Aksoy Holdinq”ə məxsusdur.

Related posts

“ZİRAAT BANK AZƏRBAYCAN” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

MİDA-nın tabeliyindəki şirkət ötən il 1 milyon manat xalis mənfəət əldə edib

Dövlət Vergi Xidməti 7 ayda büdcəyə 11,5 milyard manata yaxın vəsait köçürüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı