Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank sektorunda regional genişlənmə sürətlənir: filialların yarıdan çoxu bölgələrdədir - BBN

Bank sektorunda regional genişlənmə sürətlənir: filialların yarıdan çoxu bölgələrdədir

Azərbaycanda fəaliyyət göstərən bankların filial şəbəkəsi üzrə göstəricilər regionlarda bank xidmətlərinin əhatə dairəsinin genişləndiyini göstərir.

BBN.az Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzv banklarının təqdim etdiyi məlumatlar əsasında hazırlanmış topluya istinadən xəbər verir ki, məlumat təqdim edən banklar üzrə ümumi filial sayı 531-ə çatıb.

Məlumatlara görə, bu filialların 271-i Bakı və Abşeron yarımadasından kənarda yerləşir. Beləliklə, bank filiallarının təxminən 51%-i regionların payına düşür.

Ən geniş filial şəbəkəsinə malik bank 115 filial ilə “Kapital Bank”dır. Bankın 72 filialı regionlarda fəaliyyət göstərir. “ABB”nin isə 77 filialından 46-sı bölgələrdə yerləşir. “Bank Respublika”nın 39 filialından 24-ü, “AccessBank”ın isə 38 filialından 24-ü regionların payına düşür.

Regional əhatə baxımından digər banklar arasında “Xalq Bank”ın 30 filialından 21-i, “Rabitəbank”ın 30 filialından 17-si, “Unibank”ın isə 32 filialından 15-i bölgələrdə fəaliyyət göstərir.

İşğaldan azad edilmiş ərazilərdə bank xidmətlərinin təşkili istiqamətində də addımlar atılır. Hazırda həmin ərazilərdə ən çox filial “Kapital Bank”a məxsusdur — bank burada 4 filial ilə təmsil olunur. “ABB”nin 2, “AccessBank”, “Bank Respublika” və “Rabitəbank”ın isə hər birinin 1 filialı fəaliyyət göstərir. Filial açılan əsas ünvanlardan biri kimi Füzuli rayonu göstərilir.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən filialların sayına görə də “Kapital Bank” liderdir. Bankın burada 8 filialı mövcuddur. “ABB”, “AccessBank”, “Azər Türk Bank”, “Bank Respublika”, “Rabitəbank” və “Ziraat Bank Azərbaycan” isə Naxçıvanda 1 filial ilə təmsil olunur.

Ən az filial şəbəkəsinə malik banklar sırasında “Bank Avrasiya” (2 filial), “PAŞA Bank” (3 filial) və “Bank VTB Azərbaycan” (5 filial) yer alır.

Ekspertlərin fikrincə, regionlarda filial şəbəkəsinin genişlənməsi maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaqla yanaşı, nağdsız ödənişlərin genişlənməsinə, sahibkarlığın inkişafına və iqtisadi aktivliyin artmasına da müsbət təsir göstərir.

Related posts

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Kapital Bank-ın baş ofisindən 51 kq işlənmiş batareya toplandı

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı