Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BOKT "International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir - BBN

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

8 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 13.05.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı BOKT “International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2047021020
İstiqrazların növü və forması Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması Kütləvi/Rəqabətli hərrac
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 1,000,000 manat
İllik gəlirlilik faizi 18%
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti 3 il
Ticarətə buraxılma tarixi 13.05.2026
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

Related posts

Agentlikdə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

BP rəsmisi: Maliyyə cinayətləri ilə mübarizədə əsas rol insan faktoruna məxsusdur

“BTB Bank”ın 295 mln. manatlıq aktivləri ABB-yə ötürülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı