Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank VTB (Azərbaycan)-ın kart sahibləri endirimlərdən yararlana bilər - BBN

Bank VTB (Azərbaycan)-ın kart sahibləri endirimlərdən yararlana bilər

Bank VTB (Azərbaycan) müştərilərinin sağlamlığını düşünərək onlara ödəniş kartlarının üstünlüklərindən faydalanmağa imkan verir.  Belə ki, bank VTB (Azərbaycan)-ın Visa kart istifadəçiləri üçün  tibbi xidmətlər üzrə ödəniş zamanı bir sıra klinikalarda endirim nəzərdə tutulub. Tibbi müəssisələr siyahısına Sağlam Ailə, Müasir Diaqnostika Klinikası və Ultralab daxildir.

Bank VTB (Azərbaycan) Visa kart sahibləri  bütün xidmətlər üzrə 7% -lik, eləcə də doğulduqları ay ərzində yaşları qədər endirim əldə edəcək. Bundan başqa, onlar ildə bir dəfə ödənişsiz qan analizi verə bilər.

Bank VTB (Azərbaycan)-ın Visa Platinum premium kartı ilə Sağlam Ailə və Ultralab klinikalarında COVİD-19 testindən pulsuz keçmək mümkündür. Bunun üçün istifadəçilər Konsyerj xidmətinə qoşulmalıdırlar.

Bu güzəştlərdən yararlanmaq üçün plastik kart ilə nağdsız ödəniş etmək vacib deyil – tibbi müəssisələrdə kartı göstərmək kifayət edir. Endirimlər bank VTB (Azərbaycan)-ın  bütün Visa  kart sahiblərinə aiddir.

Related posts

ABB Xankəndidə Çağrı Mərkəzi yaradır

Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzalayıb

AMB-nin sədr müavini: “Kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı