Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Bankçılıqda vacib datalar və onların doğru analizi” adlı vebinar keçiriləcək - BBN

“Bankçılıqda vacib datalar və onların doğru analizi” adlı vebinar keçiriləcək

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir.

Bu cür tədbirlərin davamı olaraq, ABA tərəfindən “Bankçılıqda vacib datalar və onların doğru analizi” adlı vebinar keçiriləcəkdir.

Vebinar 17 mart 2021-ci il, saat 13:00-da Zoom platforması vasitəsilə həyata keçiriləcək. Türk dilində keçiriləcək vebinarda “Bloomberg HT”-nın Baş redaktoru Gökhan Şen çıxış edəcəkdir. Vebinar zamanı aşağıdakı mövzular müzakirə ediləcək:

·        Qlobal makroiqtisadi perspektiv

·        Qlobal maliyyə perspektivi

·        Makroiqtisadiyyatı anlamaqda istifadə ediləcək datalar

·        Maliyyə vəziyyətini təhlil edə bilmək üçün lazımi datalar

·        Bankçılıqda vacib datalar və onların doğru formada oxunması

·        Media tərəfdən dataların doğru analizi

Qeydiyyat linki:

https://us02web.zoom.us/meeting/register/tZctcOGupzgiHdCKIcz64yvj_JQmTmcI-LWa

Related posts

Azərbaycan və Qırğızıstan bankları arasında HR sahəsində təcrübə mübadiləsi keçirilib

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı