Banklararası Şahmat Çempionatının qalibləri bəlli olub

23-25 may 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçirilmiş banklararası şahmat çempionatı başa çatmışdır.

Nəticələrə əsasən şəxsi-komanda çempionatında “ABB” ASC qalib gəlmişdir.

2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “Bank Respublika” ASC qərarlaşmışdır.

Banklararası şahmat çempionatında şəxsi hesabda isə “Kapital Bank” ASC-nin nümayəndəsi Beyrək Rəhimov qalib gəlmişdir.

2-ci yeri “ABB” ASC-nin nümayəndəsi Rəsul Mənsimli qazanmışdır.

3-cü yerdə isə “ABB” ASC-nin nümayəndəsi Zöhr Babazadə qərarlaşmışdır.

4-cü yeri “ABB” ASC-dən Rauf Hacılı, 5-ci yeri “Yelo Bank” ASC-dən Elçin Qafarlı, 6-cı yeri “TuranBank” ASC-dən Ruslan Əliyarov, 7-ci yeri “AFB Bank” ASC-dən Orxan Hüseynov, 8-ci yeri “Expressbank” ASC-dən Teymur Quliyev qazanmışlar.

Bununla yanaşı, şəxsi-komanda çempionatında qadınlar arasında “Ən yaxşı qadın iştirakçı” adına “Bank of Baku” ASC-ni təmsil edən Çiçək Hacızadə layiq görülmüşdür.

Artıq 6-cı dəfə keçirilən və hər il böyük marağa səbəb olan çempionatda 15 kredit təşkilatından 60-a yaxın nümayəndə iştirak etmişdir.

Qeyd edək ki, Çempionat Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan banklararası şahmat çempionatı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilməkdədir.

Related posts

“ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun sədri Türkiyə Dayanıqlı Maliyyə Forumunda çıxış etmişdir – Foto

Regionun nüfuzlu bank-maliyyə tədbiri olan “FİNTEX SAMMİT 2024” – MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ başa çatdı – Foto

Vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun növbəti iclası baş tutmuşdur – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı