Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Beynəlxalq Əmək Təşkilatının (BƏT) 111-ci illik sessiyası keçirilir - BBN

Beynəlxalq Əmək Təşkilatının (BƏT) 111-ci illik sessiyası keçirilir

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 111-ci illik sessiyası keçirilir. Pandemiyadan sonrakı dövrdə mühüm qlobal sosial məsələlərin müzakirə edildiyi sessiyada Azərbaycandan dövlət və ictimai qurumların rəhbərləri və eləcə də sahibkarlar iştirak edir.

Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, ASK-nın vitse-prezidenti Vüqar Abbasov, ASK Rəyasət Heyətinin üzvü Səkinə Babayeva, ASK Baş katibinin müavini Xəqan Hümmətzadə iştirak edirlər.

Sessiyada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məruzə ilə çıxış edib.

Tədbirdə həmçinin təşkilata üzv ölkələrin əmək nazirləri, ekspertlər, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin digər strukturlarının əməkdaşları və işəgötürənlər iştirak edirlər.

Related posts

Azərbaycan növbəti 5 ildə IsDB ilə əməkdaşlıqda əsas prioritetləri müəyyənləşdirib

Gürcüstan Azərbaycandan idxalı 25%-ə yaxın artırıb

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı