Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Birbank Private beynəlxalq “International Investor” nəşri tərəfindən “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü - BBN

Birbank Private beynəlxalq “International Investor” nəşri tərəfindən “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

Fərdi yanaşması, yüksək xidmət standartları və müştəri məmnuniyyətinə verdiyi dəyərlə seçilən Birbank Private beynəlxalq maliyyə nəşri olan “International Investor” tərəfindən 2025-ci il üzrə “Best Private Banking Azerbaijan” mükafatına layiq görülüb. Bu mükafat, həm də Birbank Private-in müştərilərinə göstərdiyi üstün və unikal xidmət təcrübəsinin beynəlxalq miqyasda təsdiqidir. Böyük Britaniyada nəşr olunan “International Investor” beynəlxalq investisiya və maliyyə sahəsində innovasiya, liderlik və performans üzrə dünyanın aparıcı şirkətlərinin yer aldığı jurnallardan biridir.

Fərdi yanaşma prinsipini əsas götürən Birbank Private müştərilərinə bank hesablarının idarə edilməsi, hər növ maliyyə məsələləri üzrə peşəkar məsləhət, individual bank xidmətləri və peşəkar şəxsi menecer kimi imkanları təqdim edir. İstənilən maliyyə ehtiyacını qarşılayan xüsusi kredit təklifləri, fərdi faiz şərtləri ilə təqdim olunan kreditlər müştərilərə maksimum rahatlıqla yanaşı, vaxta qənaət fürsəti də qazandırır. Bununla yanaşı, müştərilər seçdikləri valyutada “Birbank Premium” kartlarına sahib ola bilərlər.

Qeyd edək ki, Birbank Private müştəriləri hava limanlarında ödənişsiz sürətli keçid (“Fast Track”), “Business Lounge” premium zallarına giriş, geniş sığorta paketi, transfer və 24/7 konsyerj xidmətləri daxil olmaqla daima yenilənən bir sıra fərqli üstünlüklərdən yararlana bilirlər. Həmçinin alış-veriş zamanı xüsusi endirimlər, premium otellərdə əlavə fürsətlər və seçilmiş tədbirlərə eksklüziv giriş imkanı da təqdim olunur.

Müştərilər üçün investisiya sahəsində də geniş imkanlar mövcuddur. Portfel idarəçiliyi, depozitlər, istənilən növ qiymətli kağızlar və dəyərli əşyaların qorunması üçün depozit seyfi kimi məhsullar fərdi ehtiyaclara uyğun şəkildə təqdim olunur. Depozit məhsullarında həm yerli, həm də xarici valyutada sərbəst şərtlərlə əmanət yerləşdirmək də mümkündür.

Yüksək xidmət standartlarını fərdi müştərilərinə daha da əlçatan etmək üçün Birbank Private yaxın günlərdə Neftçilər prospekti 153, Port Baku 2  ünvanında yerləşən yeni filialının açılışını edib. Yeni konsepsiya əsasında qurulan bu filial həftə içi 5 gün saat 9:00-dan 17:00-a qədər müştərilərə ən yüksək səviyyədə fərdi bankçılıq xidmətləri göstərir.

Related posts

Ötən il maliyyə sektoru üzrə cərimələrin həcmi 600 min manata çatıb

BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Mərkəzi Bank əhalinin borc yükünün artmasını şərh edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı