Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Qazaxıstan arasında yeni Konvensiya layihəsi üzrə danışıqlar keçirilib - BBN

Azərbaycan və Qazaxıstan arasında yeni Konvensiya layihəsi üzrə danışıqlar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiya layihəsi üzrə danışıqlar başa çatıb.

Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin, Qazaxıstan Respublikası tərəfindən isə Maliyyə Nazirliyinin Vergi və Gömrük qanunvericiliyi departamenti və Dövlət Gəlirləri Komitəsinin nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı qeyd olunub ki, ölkələr arasında yeni Konvensiya üzrə danışıqlar hər iki ölkə üçün böyük önəm kəsb edir. Saziş sərmayəçilər üçün əlverişli şəraitin yaradılmasını, məlumat mübadiləsində effektiv qarşılıqlı münasibətlərin formalaşdırılmasını nəzərdə tutur.

Üç gün davam edən müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutmaya aid əksər müddəaları üzrə razılıq əldə olunub. Qarşılıqlı anlaşma şəraitində keçən müzakirələr zamanı tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsi barədə ortaq fikrə gəliblər. Əldə edilmiş razılaşmalarla bağlı sənəd paraflanıb.

Related posts

Azərbaycan və Dünya İqtisadi Forumu arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

Çin İqtisadiyyatında Gözlənilməz Geriləmə: İxracat Kəskin Azaldı, Ticarət Profisiti Zəiflədi!

Asiya Birjalarında “Texnoloji Ralli”: Süni Zəka Bumu və Atəşkəs Ümidi Bazarları Coşdurdu!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı