Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Bitcoin” növbəti dəfə 60 min dollardan aşağı ticarət olunub - BBN

“Bitcoin” növbəti dəfə 60 min dollardan aşağı ticarət olunub

Kriptovalyuta bazarında son 24 saat ərzində qarışıq dinamika müşahidə olunub.

BBN.az xəbər verir ki, bazar kapitallaşmasına görə ən böyük kriptovalyuta olan “Bitcoin” (BTC) son sutkada 0,34% ucuzlaşaraq 59 617,05 ABŞ dollarına enib.

İkinci ən böyük kriptovalyuta “Ethereum” (ETH) isə 0,73% bahalaşaraq 1 587,49 dollara yüksəlib.

BNB-nin qiyməti 0,10% artaraq 553,89 dollar, Monero (XMR) 1,07% bahalaşaraq 313,86 dollar, “Bitcoin Cash” (BCH) isə 3,43% yüksələrək 200,10 dollar olub.

Digər tərəfdən, “PAX Gold” (PAXG) 2,51%, Tether Gold (XAUt) 2,43%, Bittensor (TAO) 0,38% ucuzlaşıb. “Zcash” (ZEC) isə günün ən çox bahalaşan aktivlərindən biri olub və qiyməti 4,73% artaraq 398,88 dollara çatıb.

Ümumi kriptovalyuta bazarının kapitallaşması 2,07 trilyon dollar təşkil edib ki, bu da əvvəlki günlə müqayisədə 0,01% artım deməkdir.

Bazar iştirakçıları ABŞ-da kriptovalyutaların tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüslərini, mərkəzi bankların pul siyasətinə dair gözləntiləri və investorların risk iştahını izlədiyindən bazarda qarışıq qiymət hərəkətləri davam edir.

Related posts

DSX işçilərinə – XÜSUSİ TƏKLİF

Fitch: ABB “Davr Bank”ın alınmasını sentyabra qədər başa çatdıra bilər

COMEX-də qızıl və gümüş bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı