Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bitkoinin qiyməti 97 min dollardan aşağı düşüb - BBN

Bitkoinin qiyməti 97 min dollardan aşağı düşüb

Ticarət müharibəsi investorları riskli aktivlərdən uzaqlaşdırdığı üçün kriptovalyutalar ucuzlaşıb.

BBN.az xəbər verir ki, bitkoin bazar ertəsi səhər Asiyada 4 faizdən çox ucuzlaşaraq təxminən 96.606 dollar səviyyəsinə geriləyib və son üç həftənin ən aşağı səviyyəsinə enib.

Daha kiçik kriptovalyuta olan ether isə təxminən 12 faiz ucuzlaşaraq noyabr ayının əvvəlində müşahidə olunan səviyyələrə geri qayıdıb.

Həftəsonu ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamından etibarən Meksika və Kanadadan idxal olunan məhsulların əksəriyyətinə 25 faiz, Çindən gələn mallara isə 10 faiz gömrük rüsumu tətbiq edib.

İnvestorlar hesab edirlər ki, gömrük rüsumları iqtisadi artıma və şirkətlərin mənfəətinə mənfi təsir göstərə bilər.

Related posts

Bitcoin 64.5 min dollarda: Bazarın “gözləmə mövqeyi” və kritik amillər

Bitkoin 62 min dollar səviyyəsi ətrafında təzyiq altında: ABŞ-İran gərginliyi bazarları “sıxır”

Bitcoin 63 min dolları keçdi: FED-in faiz qorxusu geri çəkilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı