Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır - BBN

Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır

KOB evləri gənclərin biznes ekosistemi ilə yaxından tanış olmasına da dəstək olur.

Azərbaycanda sahibkarlara xidmətlərin göstərilməsi sahəsində innovativ modelin – KOB evlərinin beynəlxalq səviyyədə tanıdılması və bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Bu çərçivədə 2026-cı ilin yanvar–iyun aylarında Ruanda, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Asiya İnkişaf Bankı, Afrika Biznes Şurası və s. nümayəndə heyətləri Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən KOB evlərində olublar. Nümayəndə heyətlərinə Azərbaycanın KOB evi modeli, dövlət və özəl sektor tərəfindən sahibkarlara təqdim olunan xidmətlərin vahid məkanda təşkili barədə ətraflı məlumat verilib, maraqlı tərəflərlə KOB evi modelinin tətbiqi imkanlarına dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, KOBİA bir sıra ölkələrdə KOB evi modelinin tətbiqi imkanları ilə bağlı əməkdaşlığı davam etdirir.  

Eyni zamanda sahibkarlıq sahəsində nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsi, gənclərin biznes ekosistemi ilə yaxından tanış olması məqsədilə Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və digər təhsil müəssisələrinin nümayəndələri KOB evlərini ziyarət ediblər. Onlara KOB evlərinin fəaliyyəti, sahibkarlara göstərilən xidmətlər, dövlət dəstəyi mexanizmləri və biznesə başlama imkanları barədə məlumat verilib.

Related posts

AMB: Yerli sukuk bazarının formalaşdırılması üçün hüquqi baza yaradılmalıdır

AMB İslam maliyyəsi sahəsində beynəlxalq mükafata layiq görülüb

Çin və Rusiya arasında ticarət dövriyyəsi 25,6% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı