“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatorunun 2024-ci il üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə iyulun 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərlik etdiyi “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun iclası keçirilib. Dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi iclasda “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsi, müvafiq tədbirlərin icra vəziyyəti barədə məlumat verilib və müzakirələr aparılıb.

İclası giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, işçi qrupunun rəhbəri Rüstəm Şahbazov iclas iştirakçılarına Yol Xəritəsində torpaq və əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı görüləcək tədbirlər, həyata keçiriləcək layihələr və “Business Ready” (B-READY) reytinqində ölkənin ilkin qiymətləndirilməsinə dair təqdimatda müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə məlumat verib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun fəaliyyət istiqamətləri və qarşıda duran əsas hədəfləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimova “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupu tərəfindən 2024-cü il üzrə Yol Xəritəsinə dair cari ilin yanvar-iyun aylarında görülmüş işlər barədə çıxış edib. Çıxış zamanı əmlak əməliyyatları üçün onlayn xidmətlərin və məlumatların mövcudluğu, qarşılıqlı fəaliyyəti və infrastrukturun etibarlılığının artıq təmin edildiyini bildirib. Daha sonra isə biznes mühitinin yaxşılaşmasına mühüm töhfə verəcək “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması istiqamətində atılan addımlar barədə iştirakçıları məlumatlandırıb.

Sonda Yol Xəritəsi üzrə tədbirlərin icra vəziyyəti, 2024-ci il üçün hədəflər, prioritetlər barədə müzakirələr aparılıb və özəl sektor nümayəndələrinin, ekspertlərin, media təmsilçilərinin sualları cavablandırılıb.

Qeyd edək ki, Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-ci il üzrə Yol Xəritəsi” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Related posts

Nazir Rəşad Nəbiyev Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb

TDAM rəhbəri Vüsalə Cəfərova TDT Baş Katibinin müavini ilə görüşüb

KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun ilk iclası keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı