Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalaraq 60,3 milyon manata düşüb - BBN

BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalaraq 60,3 milyon manata düşüb

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 60,3 milyon manat xalis mənfəətlə başa vurub. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.

Hesabat dövründə sektor üzrə:

• əməliyyat gəlirləri – 330,4 milyon manat (illik 4,1 % artım)
• əməliyyat xərcləri – 164,1 milyon manat (31 % artım)
• xüsusi ehtiyatlara ayırmalar – 97,5 milyon manat (9,5 dəfə artım)
• gözlənilməz gəlirlər – 0,2 milyon manat
• mənfəət vergisi ödəmələri – 8,7 milyon manat (73,2 % azalma)

Oktyabrın 1-nə olan vəziyyətə görə, BOKT-ların aktivləri 1 milyard 44,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 6,55 % çoxdur. Aktivlərin 747,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərin payına düşür. Son bir ildə kredit portfeli 8,7 % genişlənib.

Sektorun öhdəlikləri 5 % artaraq 543,4 milyon manat, balans kapitalı isə 8,3 % artaraq 500,7 milyon manat olub.

Related posts

Fitch: İslam maliyyəsinin Azərbaycan banklarının fondlaşdırma modelinə təsiri yaxın dövrdə məhdud olacaq

Bu il ipoteka krediti üçün 2 165 nəfərin müraciəti qeydiyyata alınıb

Sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı