Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Böyük Britaniyanın ən böyük şirkətlərinin 96%-nin CEO-su kişidir - BBN

Böyük Britaniyanın ən böyük şirkətlərinin 96%-nin CEO-su kişidir

Böyük Britaniyanın ən böyük ictimai şirkətlərinin rəhbərlərinin yalnız 25-dən 1-i qadın baş icraçı direktordur (CEO). Buradan belə nəticəyə gəlmək olar ki, kişi idarəçilər isə 96% təşkil edib.

BNN.az SKY.com-a istinadən xəbər verir ki, konsultasiya şirkəti “The Pipeline”dən isə deyiblər ki, buna baxmayaraq ümumi işəqəbul zamanı 50:50 nisbəti gözlənilir. 

CEO vəzifəsində isə qadınlara nisbətən kişilər dominatlıq edir. Hesabatda CEO-ya qədər çalışan dörd idarəçidən üçünün kişi olduğu ortaya çıxıb. FTSE 350-də (350 şirkətin yer aldığı stok market) maliyyə rəhbərlərinin 82%-nin isə kişi olduğu aydın olub.

Hesabatda qeyd edilib ki, CEO-su qadın olan şirkətlərin əsas idarə heyətində qadınların sayı 63%, kişi CEO-larında isə cəmi 14% olub. 

Women Count 2022 hesabatına, əsasən FTSE 350-də idarə komitəsi üzvlərinin ¾-ü kişidir, ¼-i isə qadındır. Şirkətlərin 10%-nin idarə komitəsində demək olar ki, qadın yer almır. Qeyd olunan 350 şirkətin 70%-də isə əsas idarə heyətində qadın icraçı direktor yoxdur. 

Related posts

Taksilər üçün icbari sığorta haqqı artırılır: gediş qiymətləri bahalaşacaq?

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı

ABŞ-da emal olunmuş qida tərkiblərinin təhlükəsizlik statusu yenidən nəzərdən keçirilə bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı