Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
bp şirkəti ilə neft-qaz və “yaşıl enerji” üzrə birgə layihələrin icrası müzakirə edilib - BBN

bp şirkəti ilə neft-qaz və “yaşıl enerji” üzrə birgə layihələrin icrası müzakirə edilib

Energetika naziri Pərviz Şahbazovla bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli arasında görüş keçirilib.

Görüşdə Azərbaycanın enerji sahəsində strateji tərəfdaşı bp ilə uzunmüddətli səmərəli əməkdaşlığın yeni mərhələdə inkişafına dair fikir mübadiləsi aparılıb. Şirkətlə neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlığın cari vəziyyəti və birgə layihələrin icrası müzakirə olunub. Bu xüsusda, Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağında neft hasilatının sabitləşdirilməsi, AÇG-də sərbəst qazın işlənməsi layihəsi çərçivəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib. Həmçinin “Şəfəq-Asiman”, “Şahdəniz Kompressiya”, “Qarabağ” və “Əşrəfi-Dan Ulduzu-Aypara” (ƏDUA) layihələri üzrə görülən işlər və perspektivlər dəyərləndirilib.

Görüşdə 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının tikintisi ilə bağlı məsələlər də müzakirə edilib. Layihə bp-nin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına erkən mərhələdə verdiyi töhfənin göstəricisi kimi yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu layihə “Səngəçal” terminalının elektrikləşdirilməsini təmin etməklə enerji keçidi istiqamətində həyata keçirilən fəaliyyətin nümunəsidir.

Söhbət zamanı Xəzər hövzəsi və Mərkəzi Asiyanın enerji resursları ilə Avropa bazarı arasında Azərbaycanın körpü rolunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb, bu strateji üstünlüyün gələcəkdə daha da gücləndirilməsi məqsədilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Related posts

“Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri” mövzusunda tədbir keçirilib

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

2025-ci ildə sahibkarlar üçün bir sıra layihə və proqramlar icra edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı