Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu sığorta növü 42% artıb - BBN

Bu sığorta növü 42% artıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 milyon 721.6 min manat təşkil edib.

Bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 42.5% və ya 1.1 milyon manat çoxdur. 2022-ci ilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 2 milyon 310.2 min manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında xaricə səfər edən vətəndaşların sığorta ödənişləri 151.8 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 32.8% və ya 74.2 min manat azdır.

Hesabat dövründə bu sığorta növü üzrə sığorta zərərliliyi 2.2 dəfə azalıb. Belə ki, sığorta şirkətləri bu ilin ilk 7 ayında toplanan hər 100 manat sığorta haqqının 4 manatını ödənişə yönəldibsə, 2022-ci ilin yanvar-iyul aylarında bu göstərici 8.7 manat təşkil edib.

Sığortalı Azərbaycan

Related posts

Azərbaycan Mərkəzi Bankı sığorta xərclərini 36 %-ə yaxın artırıb

Yanvar-aprel aylarında sığorta bazarı 4 faizədək böyüyüb

2025-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 faizdən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı