Beynəlxalq Valyuta Fondu hesab edir ki, inflyasiya təzyiqlərinin davam etməsi halında Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırmalıdır.
BVF 2026-cı ildə Azərbaycanda inflyasiyanın 6 % səviyyəsində olacağını proqnozlaşdırır.
Fondun açıqlamasında qeyd olunub ki, tənzimləyicinin şəffaf və perspektiv yönümlü kommunikasiyası mühüm əhəmiyyət daşıyır. Eyni zamanda vurğulanıb ki, pul siyasətinin transmissiya mexanizminin təkmilləşdirilməsi üçün dollarlaşma və bank sektorunda aşağı rəqabət kimi struktur problemlər həll edilməlidir.
BVF analitikləri bildirirlər ki, Bazel Komitəsinin Bazel III standartlarına keçid Azərbaycanın maliyyə sektoru üzrə riskləri minimuma endirib.
Məlumatda həmçinin qeyd olunur ki, AMB bankların kapital və resurs adekvatlığı ilə bağlı nəzarətdə diqqətli olmalı, maliyyə təhlükəsizliyi mexanizmləri və konsolidasiya edilmiş nəzarət istiqamətində işi davam etdirməlidir.
Hazırda Azərbaycanda uçot dərəcəsi 6,5 % təşkil edir.